Xəbərlər
BANM-in professoru Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib
Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib. O, elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu Assosiasiyanın üzvlük sertifikatına layiq görülüb.
Qeyd edək ki, professor Fuad Vəliyev 1993-1997, 2002-ci illərdə Türkiyə və ABŞ Universitetlərində və Elmi Mərkəzlərində dəvətli professor kimi çalışıb. 2014-cü ilin yanvar ayından Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professorudur. Bununla yanaşı, o, 120 elmi əsərin və monoqrafiyaların müəllifidir. Eyni zamanda, professor Fuad Vəliyev 20 patentin sahibidir.