Xəbərlər
BANM-də Layihələrin İdarə edilməsi Məktəbi yaradılacaq
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuzla görüşüb. Görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, uğurları və perspektiv planlarından danışaraq Ali Məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini deyib. Rektor Elmar Qasımov Ali Məktəbin BP şirkəti ilə geniş əməkdaşlığından söz açaraq şirkətlərlə əlaqələrin inkişafında maraqlı olduğunu bildirdi.
BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuz Ali Neft Məktəbində tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildirdilər.