Xəbərlər
BANM tələbələri Məmmədov Aqil və Pəhləvan komandir filmlərini izlədilər
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar yanvarın 17-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlərin silsilə nümayişində iştirak etdilər. İlk gün 40 tələbənin iştirakı ilə "Məmmədov Aqil" və "Pəhləvan komandir" filmləri izlənilib. Tədbirdə Milli Qəhrəmanların döyüş yoldaşları, yaxınları, filmlərin ssenaristləri və Nizami Kino Mərkəzinin əməkdaşları da iştirak ediblər.
Xatırladaq ki, 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar yanvarın 17-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş etdiriləcək. Filmlərin nümayişi Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq. Milli qəhrəmanlar - Tofiq Hüseynov, Ələsgər Novruzov, Aqil Məmmədov, Şikar Şikarov, Sərxan Ocaqverdiyev, Pərviz Səmədov, Əliyar Əliyev, Elman Hüseynov, Zakir Yusifov, Elşad Yəhyayev, Əlif Hacıyev, Şövgiyar Abdullayev, Şahlar Hüseynov və İlqar İsmayılova həsr olunmuş “Mən Xocalını tərk etməyəcəyəm”, “Qəhrəmanlığa gedən yol”, “Məmmədov Aqil”, “Qərargah rəisi”, “Tarixdə adı qalan”, “Ata adı”, “Pəhləvan komandir”, “İlk komandir”, “Səma cəngavəri”, “Bacı yaddaşı”, “Azərbaycanlı olmaq böyük şərəfdir”, “Ana, üç günə qayıdacağam”, “Oğul dərdi” və “Ən yüksək zirvə” filmləri nümayiş olunacaq.