Xəbərlər

BANM-in müəlliminin həmtəsisçisi olduğu uğurlu layihə

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlilinin həmtəsisçisi olduğu YolGet.az layihəsi İKT fondu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olub. Sözügedən layihə 29 noyabr-2 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” - “Bakutel 2016” sərgi-konfransı”nda Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stendində təmsil olunub.

 

Yaradılan xidmətin məqsədi həftə ərzində və ya hər hansı bir tarixdə eyni marşrutu qət edən sürücü və sərnişinlər arasında körpü olmaqdır. YolGet.az sayəsində sürücü və sərnişinlər həm yol xərclərini, həm də tıxacları azaltmaqla təbiətimizi də qorumuş olurlar. Xidmət həm vebsayt, həm də mobil tətbiqetmələr kimi əlçatan və tam pulsuzdur.

 

Layihə yaradıcıları təşkilati və texniki dəstəyə görə Bakı Ali Neft Məktəbinin müxtəlif ixtisas və kurs tələbələrinə minnətdarlıqlarını bildirirlər!