Xəbərlər

BANM HİK sədri İlin peşəkar gənci oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Tələbələrlə iş şöbəsinin rəisi, BANM HİK sədri Həbibə Sadıqlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "İlin peşəkar gənci" fəxri adına layiq görülmüşdür. Mükafat Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 4-cü iclası zamanı təqdim edilmişdir. Təqdimat mərasimində AHİK-in sədri, millət vəkili cənab Səttar Mehbalıyev və Həmkarlar İttifaqı təşkilatları üzrə komitə və təşkilat sədrləri, seçilmiş nümayəndələr iştirak etmişlər. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi üzrə ümumilikdə 3 nəfər bu fəxri ada layiq görüşlmüşdür. Mükafata layiq görülmüş gənclərə Fəxri diplom,"İlin peşəkar gənci" döş nişanı və vəsiqəsi təqdim edilmişdir.