Xəbərlər

BANM-ə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu Olefin dən Yeni il hədiyyəsi

Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına kitab hədiyyə etmək ənənəsi davam etdirilir. Yeni il ərəfəsində BANM kitabxanasına Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu "Olefin" tərəfindən kimya mühəndisliyi sahəsinə aid soraq materiallarından ibarət qiymətli kitab kolleksiyası hədiyyə olunmuşdur. Hədiyyə olunmuş kitablar arasında Elsevier's Encyclopedia of Organic Chemistry (18 cild), Encyclopedia of Chemical Technology (2 cild), Dictionary of Applied Chemistry (6 cild), Elsevier's Encyclopedia of Organic Chemistry (18 cild), Encyclopedia of Chemical Technology (2 cild), Dictionary of Applied Chemistry (6 cild), A Comprehensive Treatise on Inorganic and Theoretical Chemistry (11cild) və s. kitablar var.

“Kitabxana kollektivi "Olefin" Elmi-Tədqiqat İnstitutuna öz minnətdarlığını bildirərək hədiyyə olunmuş kitabların kitab rəflərində öz yerini tutması ilə yanaşı, öz oxucularını da tapacağına əmindir” – deyə kitabxananın müdiri Tatyana Zayseva bildirib.