Xəbərlər

BANM əməkdaşları seminarda iştirak edib

Bakı Ali Neft Məktəbinin (BANM) Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva, Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva 01-02 dekabr 2016-cı il tarixində Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Azərbaycanda MBA proqramı üzrə mövcud vəziyyətin qiymətləndirilməsi və institusional inkişafına nail olunması: konsepsiyalar, mövcud vəziyyət və Aİ standartlarına uyğun bu proqramın inkişaf etdirilməsi” mövzusunda keçirilən seminarda iştirak edib.  Layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində həyata keçirilən MBA və ikili diplomlar üzrə mövcud vəziyyətin qiymətləndirilməsi və bu proqramlar üzrə Avropa ittifaqının ən yaxşı təcrübəsindən istifadə etməklə institusional inkişafına nail olunmasıdır.

 

Seminarın gedişində “Azərbaycanda və Avropa İttifaqına üzv ölkələrdə MBA proqramları”,”Avropa İttifaqı və Azərbaycanda birgə və ikili dərəcə diplom təhsili”, “Bolonya prinsipləri çərçivəsində Avropa İttifaqı və İttifaqa üzv olmayan ölkələrdə birgə və ikili  dərəcə diplomlarının tanınması prosedurları” mövzular ərtafında  müzakirələr olunmuşdur.