Xəbərlər
BANM-də Piyadaları qoruyaq adlı maarifləndirici seminar
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və “Gənc istedadların inkişafına dəstək” İctimai Birliyinin birgə təşkilatçılğı ilə “Piyadaları qoruyaq” adlı layihə çərçivəsində maarifləndirici seminar xarakterli görüş keçirilib.
Görüşdə Ali Məktəbin rəhbərliyi, “Gənc istedadların inkişafına dəstək” İctimai Birliyinin sədri Şahin Alxazov, həmin Birliyin sədr müavini Şərqiyyəxanım Qulamova, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi idarəsinin məsul əməkdaşları, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov iştirak etmişlər.
Görüş çərçivəsində qonaqların yol hərəkəti qaydaları və yol hərəkəti mədəniyyəti haqqında çıxışları dinlənilib, təqdimatları olub və sonda maarifləndirici videoçarx göstərilib.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.