Xəbərlər
Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyasının nümayəndələri BANM-də
Bakı Ali Neft Məkltəbində (BANM) Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyasının Prezidenti Gurkan Kambaroglu və Assosiasiyanın icracı direktoru Devid Vilyamsla görüş keçirildi. Görüşdə BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqların Bakıya səfəri çərçivəsində Ali Məktəbə gəlişindən məmnunluğunu bildirdi və rektor Elmar Qasımovun adından onları salamladı. Prorektor BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz açaraq qısa müddət ərzində görülən işlər və islahatlardan, o cümlədən Ali Məktəbin beynəlxalq əlaqələrindən danışdı. O, BANM-in dünyanın bir sıra müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkətlər və qurumlarla əməkdaşlığından bəhs etdi.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar təmsil etdikləri qurumla əlaqələrin perspektiv inkşafından söz açdılar. Görüşdə, o cümlədən gələcək əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyası 1977-ci ildə yaradılıb. 3900-dən artıq üzvü