Xəbərlər
BANM-də ASTM/APİ-nın seminarı keçirildi
Bakı Ali Neft Məktəbində (BANM) Amerika Yoxlama və Materiallar Cəmiyyəti (ASTM) və Amerika Neft İnstitutu (APİ) ilə birlikdə Azərbaycanın texniki yönümlü universitetləri üçün seminar keçirilib.
Tədbirdə Azərbaycanın ondan artıq ali təhsil müəssisəsi – Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti və Sumqayıt Dövlət Universiteti təmsil olunub.
Seminarın iştirakçılarını salamlayaraq BANM-ın rektoru Elmar Qasımov seminarın Azərbaycan universitetlərində tədris prosesinin effektiv təşkil olunması məqsədilə testlə bağlı vahid standartların və normaların hazırlanması və tətbiq olunması üçün əhəmiyyətini vurğuladı. Elmar Qasımov seminarın işində bütün iştirakçılara uğurlar arzuladı.
ASTM-ın satış və marketinq üzrə vitse prezidentinin köməkçisi Ceyms Tomas hesabatla çıxış edərək ASTM tərəfindən tətbiq olunan standartlardan və test metodlarından, onlayn tədris proqramlarından və elektron kitabxanaların təşkil olunmasından danışdı.
Neft-qaz sənayesində, eləcə də tədris proqramlarında və fərdi sertifikatlaşdırma proqramlarında istifadə olunan APİ standartları haqqında API-nin qlobal sənaye xidmətləri üzrə direktoru xanım Lakşmi Mahon məlumat verdi.
Seminarda, həmçinin ASTM-ın mikro informasiyaların idarə olunması və paylanma xidmətləri üzrə icraçı direktoru Mehmet Haseki və ASTM-ın proseslər üzrə meneceri Arseniy Korniliev iştirak edirdilər.
Qeyd edək ki, ASTM materiallar, məhsul, sistem və xidmətlər üçün standartlar hazırlayan beynəlxalq Amerikan təşkilatıdır. Amerikanın Neft İnstitutu (APİ) ABŞ-ın bütün aspektləri araşdıran və neft-qaz sənayesində məsələlərin həlli ilə bağlı fəaliyyətini təmin edən yeganə qeyri hökumət təşkilatıdır. ASTM və APİ neft-qaz sənayesi üzrə sənədləşmə üçün müəyyən standartların hazırlanmasında əməkdaşlıq edirlər.