Xəbərlər
Bakı Ali Neft Məktəbində referendumla bağlı iclas keçirildi
Bakı Ali Neft Məktəbində (BANM) sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə də dəyişiklərlə bağlı keçiriləcək ümumxalq səsverməs (referendum) ilə əlaqədar iclas keçirildi.
İclasda BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında “ Azərbaycan Respublikasının Referendum Aktının layihəsi barədə Sərəncamının ölkəmiz üçün əhəmiyyətindən söz açaraq növbəti referendumun keçirilməsinin ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addım olduğunu bildirdi. Elmar Qasımov ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan bu hadisənin vacibliyindən söz açdı. Rektor 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin xalqımızın rifahına, yüksəlişinə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha geniş mənada qorunmasına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğuladı. Rektor Azərbaycan vətəndaşlarının bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcəyinə əmin olduğunu dedi. Elmar Qasımov Azərbaycan dövlətinin işıqlı gələcəyi naminə Konstitusiya islahatlarına səs verməyə çağırdı.
İclasda digər çıxış edənlər ölkənin əsas qanununa təklif edilən dəyişiklikləri dəstəklədiklərini və referendumda iştirak edəcəklərini bildirdilər.