Xəbərlər
BANM-in Bakı Yay Neft Məktəbi davam edir
Bakı Ali Neft Məktəbində (BANM) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” Proqramı çərçivəsində BANM-in Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşı Aytən Şadlinskayanın layihəsi əsasında təşkil olunan BANM-in “Bakı Yay Neft Məktəbi” davam edir.
Layihə çərçivəsində iştirakçılara BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov “Renewable Energy” (Bərpaolunan enerji mənbələri) mövzusunda, Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva "Drilling Engineering" (Qazıma mühəndisliyi) mövzusunda mühazirə keçiblər.