Xəbərlər
BANM-in tələbələri Milli Məclisdə
Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Pakizə Paşayeva və sözügedən ixtisas üzrə III kurs tələbələri Şamil Ömərov, Leyli Abbasova, Güləndam Cəbiyeva “Microsoft” şirkətinin imtahanlarını uğurla verərək şirkətin “Student2Student” proqramının iştirakçısı adını qazanıblar. Proqram çərçivəsində tələbələr avqust ayında Azərbaycan Respublikasının Milli Məclisinin Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsində istehsalat təcrübəsində olublar.
Təcrübə müddətində tələbələr Milli Məclisin lokal saytlarının yenidən qurulması, Milli Məclisin zallarındakı təhlükəsizlik, səsvermə, iclasda iştirakla bağlı olan qurğular ilə yaxından tanış olublar. Tələbələr Milli Məclisin iclas zalındakı monitorların işləmə prinsipləri haqqında da geniş məlumat əldə ediblər.