Xəbərlər

BANM-də Beginner səviyyəli tələbələr üçün İngilis dili dərsləri keçirilir

Bakı Ali Neft Məktəbinə (BANM) 2016/2017-ci tədris ilində qəbul olunan I kurs tələbələrinin dil səviyyəsini müəyyənləşdirmək məqsədilə BANM-in İngilis dili və Humanitar fənlər Mərkəzinin əməkdaşları tərəfindən avqustun 18, 23 və 26-da müsahibə və test yoxlaması keçirilib. Yoxlamalarda “İngilis dili”ndən “0” (Beginner) səviyyəsi müəyyən olunan 40 nəfər üçün BANM-də sözügedən mərkəzin müəllimləri dil dərsləri keçirlər. Dərslər sentyabrın 1-dən başlayıb və 14-dək davam edəcək. 4 qrupda 10 nəfər olmaqla, tələbələr ingilis dili səviyyəsini yüksəltmək üçün məşğələlərə cəlb olunublar.

 

Bununla yanaşı, tələbələrin İKT üzrə bilik səviyyələri də yoxlanılıb və yeni tədris ili üçün müvafiq olaraq qruplara bölünüblər.

 

Qeyd edək ki, BANM-də tələbələr birinci tədris ilində yalnız ingilis dili və İKT dərsləri keçirlər. Bu da ixtisas fənləri keçilən zaman ingilisdilli dərs vəsaitlərindən istifadə edərək gələcəkdə ingilisdilli, yülsək ixtisaslı, peşəkar mütəxəssis kimi yetişməkdə kömək edəcək. BANM-də tədrs ingilis dilində olduğu üçün tələbələrin bu dili dərindən mənimsəmələri vacibdir.