Xəbərlər

SOCAR-ın prezidenti Rövnəq Abdullayev: Ali Məktəbin bütün kompleksini bu il təhvil verəcəyik

SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev şənbə günü Bakı Ali Neft Məktəbinin (BANM) Bibiheybətdəki yeni kampusundakı tikinti işlərinin gedişi ilə tanış olub. O, BANM-in çox əzəmətli və gözəl binasındakı işlərlə yaxından tanış olub. Qafqazın ən böyük kampusu olan Ali Məktəbin yataqxana, tədris binaları, geniş stadiona və digər mükəmməl infrastruktura malik şəhərciyində Rövnəq Abdullayevə dünyanın bir sıra aparıcı şirkətlərinin təmənnasız olaraq burada qurulan auditorya və laboratoriya otaqlarının yerləşəcəyi barədə məlumat verilib.

 

SOCAR-ın prezidenti bildirib ki, "Biz Ali Məktəbin bütün kompleksini bu il təhvil verəcəyik."

 

Rövnəq Abdullayev bu ilin sentyabrında kompleksin təhvil verilməsi üçün müvafiq tapşırıqlarını da verib.