Xəbərlər

BANM-in tələbələrinin təqaüdü artırıldı

SOCAR Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə aylıq təqaüdlərin təyin edilməsi və ödənilməsi haqqında qərarına dəyişiklik edib. Belə ki, Bakı Ali Neft Məktəbində əyani forma üzrə təhsil alan tələbələrə aylıq təqaüdlərin təyin edilməsi və ödənilməsi ilə əlaqədar SOCAR-ın prezidenti, SOCAR-ın Şurasının sədri Rövnəq Abdullayevin imzası ilə Şuranın qərarına uyğun olaraq “Ali Məktəbin tələbələrinə aylıq təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydalar”ı təsdiq edilib.

 

Tələbələrin təhsildə göstərdikləri yüksək nəticə və tədrisin keyfiyyətinin artırılması məqsədilə, “əlaçı” təqaüdü 130 (yüz otuz) manat, “həvəsləndirici” təqaüd 113 (yüz on üç) manat, “adi” təqaüd 55 (əlli beş) manat müəyyən olunub. “Əlaçı” və “həvəsləndirici” təqaüdü digər ali təhsil müəssisələrinin eyni kateqoriyadan olan tələbələrinin təqaüdündən 25 (iyirmi beş) manat çoxdur.

 

 Qeyd edək ki, təqaüdlər artımla cari semestrdən, yəni fevral ayının 1-dən hesablanır.