Xəbərlər
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun təbriki
Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi“ ixtisası üzrə təhsil alan II kurs tələbəsi Mirlan Kərimov ”British Council” və Qafqaz Universitetinin birgə layihəsi olan Famelab - Şöhrət Labaratoriyası yarışmasının final mərhələsində I Yerin və “Ən çox rəğbət qazanan” Yerin qalibi olub. Bu münasibətlə tələbəmizi təbrik edərək, ona təhsildə böyük uğurlar və yeni qalibiyyətlər arzu edirəm. Ali Məktəbimizin hər bir tələbəsi öz uğurları, əldə etdiyi nailiyyətləri ilə bizi sevindirir. Ali Məktəbimiz olaraq biz hər zaman istedadlı, savadlı və zəhmətsevər tələbələrimizin arxasındayıq, onlara hər zaman dəstək olmağa hazırıq!