Xəbərlər
BP-nin əməkdaşı BANM-də təqdimatla çıxış etdi
BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə Proseslərin təhlükəsizliyi üzrə məsul şəxsi Anar Vəliyev Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Process safety” (Əməliyyatların təhlükəsizliyi) mövzusunda təqdimatla çıxış edib.
Anar Vəliyev Azərbaycan-Gürcüstan-Türkiyə regionu üçün BP-nin həyata keçirdiyi dəniz əməliyyatları, onların təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsi üçün görülən işlər haqqında tələbələrə ətraflı məlumat verib.
Sonda Anar Vəliyev tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.