Xəbərlər

Bakı Ali Neft Məktəbində “Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) tələbələr üçün “Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib.  

BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi, eləcə də R.İ.S.K. şirkətində süni intellekt mühəndisi və BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin müəllimi Əvəz Əsgərov tələbələrə süni intellektin yaradılması tarixi, hazırda ən çox istifadə edilən süni intellekt alətləri, onlardan düzgün istifadə qaydaları barədə ətraflı məlumat verib.

 Süni intellektin insanların fəaliyyətini asanlaşdıran və imkanlarını genişləndirən əlverişli bir vasitə olduğunu qeyd edən Ə.Əsgərov tələbələri bu texnologiyanı kor-koranə deyil, öz intellektləri ilə birləşdirərək düzgün istiqamətdə tətbiq etməyə çağırıb.

Daha sonra tələbələrin sualları cavablandırılıb.