Xəbərlər

I kurs tələbələrinə tələbə biletləri təqdim edilib

Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Biznesin idarə edilməsi və Maliyyə ixtisaslarına qəbul olan I kurs tələbələrinə tələbə biletlərinin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən rektor Elmar Qasımov tələbələri və onların valideynlərini təbrik edərək, tələbələrə təhsil həyatlarında uğurlar arzulayıb. O, tələbələri seçdikləri ixtisaslar üzrə bilikli və peşəkar mütəxəssis kimi yetişməyə, eyni zamanda cəmiyyətə mühüm töhfə verən məsuliyyətli vətəndaşlar olmağa çağırıb.

Tədbirdə valideynlər adından çıxış edən Ələsgər İbrahimxəlilov övladlarının qazandığı uğurda əməyi olan müəllimlərə və Bakı Ali Neft Məktəbinin rəhbərliyinə təşəkkürünü bildirib.

Tələbələrin adından çıxış edən Zəfər Həsənli (Kimya mühəndisliyi) və Zamin Kərimov (Maliyyə), eləcə də Zaur Samedov (Neft-qaz mühəndisliyi) və Hüseyn Kərimov (Biznesin idarə edilməsi) BANM tələbəsi olmaqdan qürur duyduqlarını ifadə edib, yeni təhsil mühitində qarşılarına qoyduqları hədəflərdən və gözləntilərindən danışıblar.

Daha sonra I kurs tələbələrinə tələbə biletləri rektor Elmar Qasımov tərəfindən təqdim edilib.