Xəbərlər

Bakı Ali Neft Məktəbində İT ixtisasları üzrə tələbə biletlərinin təqdimatı keçirilib

Bakı Ali Neft Məktəbində ənənəvi olaraq bakalavr səviyyəsinə qəbul olan tələbələrinə tələbə biletlərinin təqdim edilməsi mərasimi keçirilib.

Rektor Elmar Qasımov tələbələri və valideynlərini təbrik edərək tələbələri peşəkar kadr və cəmiyyətə mühüm töhfə verən məsuliyyətli şəxsiyyət kimi formalaşmağa çağırıb, tədris həyatında uğurlar arzulayıb.

Tələbələrin adından çıxış edən ixtisas birinciləri Aysu Məhərrəmli (Kompüter elmləri), Emiliya Qayıbova(Data analitikası), Bəxtiyar Həsənli (İnformasiya təhlükəsizliyi), Nargilə Zeynalova (Kompüter mühəndisliyi) və Ziya Əlizadə (Proseslərin avtomatlaşdırılması mühəndisliyi) təəssüratlarını bölüşüb, qazandıqları uğurlara görə valideyn və müəllimlərinə təşəkkür ediblər.

Daha sonra İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, Kompüter mühəndisliyi, Data analitikası və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarına qəbul olan tələbələrə rektor Elmar Qasımov tərəfindən tələbə biletləri təqdim edilib.