Xəbərlər
SOCAR rəhbəri BANM-in 4 əməkdaşını "Fəxri fərman"la təltif edib
SOCAR-ın prezidenti Rövşən Nəcəfin müvafiq əmrinə əsasən, neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə “Fəxri fərman”la təltif olunanlar arasında Bakı Ali Neft Məktəbinin 4 əməkdaşı da yer alıb.
SOCAR-ın Baş ofisində keçirilən mükafatlandırma tədbirində şirkətin vitse-prezidenti hörmətli Ziba xanım Mustafayeva təltif olunan əməkdaşlara mükafatları təqdim edib.
Bakı Ali Neft Məktəbinin təltif olunan əməkdaşları:
· Sahib Kazımov – Tədbirlərin təşkili və protokol şöbəsinin rəisi
· Zarina Murtuzayeva – Tədris işləri və akademik qeydiyyat şöbəsinin rəisi
· Şəhriyar Məmmədov – İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı
· Afət Quliyeva– İngilis dili və Humanitar Fənlər Mərkəzinin müəllimi