Xəbərlər

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “ADEX 2026”çərçivəsində akademik sessiyada çıxış edib

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirilən “Bilikdən texnoloji üstünlüyə: elm–universitet–sənaye əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiyada çıxış edib.

Sessiyada Azərbaycan və Türkiyənin ali təhsil müəssisələrinin rektorları elm, təhsil və müdafiə sənayesi arasında əməkdaşlığın gələcək imkanlarını müzakirə ediblər.

Elmar Qasımov çıxışında Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıqdan, BANM tələbələrinin sərgidə nümayiş olunan layihələrindən, tələbələr üçün yaradılan təcrübə imkanlarından və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.