Xəbərlər

Bir qrup xeyriyyəçi xanım Bakı Ali Neft Məktəbinin 16 tələbəsinin təhsil haqqına dəstək olub

Bakı Ali Neft Məktəbinin 16 tələbəsinin təhsil haqqı bir qrup xeyriyyəçi xanım tərəfindən qarşılanıb.

Bu münasibətlə keçirilən görüşdə BANM-in rektoru Elmar Qasımov təhsilə göstərilən diqqət və dəstəyə görə xeyriyyəçi xanımlara təşəkkürünü bildirib.

Rektor qeyd edib ki, bu təşəbbüs gənclərin təhsil imkanlarının genişləndirilməsi və onların gələcək inkişafına töhfə verilməsi baxımından nümunəvi addımdır.

Rektor əlavə edib ki, artıq bir neçə ildir davam edən bu xeyriyyə təşəbbüsü BANM-də ənənə halını alıb və hər il bir qrup tələbənin təhsilinə dəstək göstərilir.

Xeyriyyəçi xanımlar adından çıxış edən Aytən Şirinova və Ülviyyə Həsənova tələbələrin təhsilinə dəstək göstərməyin onlar üçün böyük mənəvi dəyər daşıdığını vurğulayaraq, bu təşəbbüsün gələcəkdə də davam etdiriləcəyini bildiriblər.