Xəbərlər
SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ASIIN-in icraçı direktoru ilə görüşüb
SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Almaniyanın ASIIN Akkreditasiya Agentliyinin icraçı direktoru İring Vasser ilə görüşüb.
Görüşdə Ziba xanım Mustafayeva SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 11 təhsil proqramının ASIIN tərəfindən beynəlxalq akkreditasiyadan uğurla keçməsini, həmçinin 7 proqramın mühəndislik üzrə beynəlxalq keyfiyyət göstəricisi olan EUR-ACE nişanına layiq görülməsini yüksək qiymətləndirib. O, bu nailiyyətin BANM-də tətbiq olunan yüksək təhsil standartlarının və keyfiyyət təminatı sisteminin göstəricisi olduğunu vurğulayıb.
BANM və ASIIN arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Eyni zamanda, SOCAR və ASIIN arasında elm və araşdırma sahəsində, elmi-tədqiqatlar istiqamətində də əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, müvafiq addımların atılmasının nəzərdə tutulduğu qeyd olunub.
İring Vasser isə öz növbəsində SOCAR və BANM timsalında sənaye- universitet əməkdaşlığının yüksək səviyyədə qurulduğunu qeyd edərək, bu modelin beynəlxalq təhsil məkanında uğurlu nümunə olduğunu vurğulayıb.
