Xəbərlər

Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva SOCAR-ın Bakı Ali Neft Məktəbində “Tağıyev: Neft” filminin nümayişində iştirak edib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş “Tağıyev: Neft” filminin nümayişi keçirilib.

Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın fəxri qonaq qismində iştirak etdiyi tədbirdə SOCAR və Bakı Media Mərkəzinin nümayəndələri, BANM-in müəllim və tələbələri, filmin yaradıcı heyəti və aktyorlar iştirak ediblər.

Tarixi irsimizin geniş auditoriyaya çatdırılmasına töhfə verən bu dəyərli layihəyə görə başda Arzu xanım Əliyeva olmaqla Bakı Media Mərkəzinə təşəkkürümüzü bildiririk.