Xəbərlər
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Bakı Ali Neft Məktəbinin professoru Fuad Vəliyev XX əsrin sonlarında dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımı barədə danışıb, gəncləri bu qanlı tarixi unutmamağa çağırıb.
Daha sonra Biznesin idarə edilməsi ixtisasının 2-ci kurs tələbəsi, BANM Tarix Klubunun üzvü Xaliq Abbasov Xocalı soyqırımı haqqında təqdimatla çıxış edib.
Tədbirin sonunda AZTV-nin “Yenidən doğulan torpaq - Xocalı” sənədli filmi nümayiş olunub.










