Xəbərlər
Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin müdiri Lissabonda "Web Summit"də BANM-i təmsil edib
Bakı Ali Neft Məktəbinin (BANM) İnnovasiya və Tədqiqatlar Mərkəzinin müdiri, baş müəllim Emiliya Əhmədova Lissabonda keçirilən dünyanın ən böyük innovasiya sammitlərindən biri olan "Web Summit"də BANM-i təmsil edib.
O, 70,000-dən çox iştirakçı, 160-dan artıq ölkə, 2,500+ startap və 1,000+ investorun qatıldığı sammitdə "BullyGuard" layihəsini təqdim edib.
”BullyGuard" layihəsi uşaqlar arasında zorakılığın qarşısının alınmasına, təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına və erkən xəbərdarlıq mexanizmlərinə əsaslanan sosial-texnoloji həll kimi beynəlxalq auditoriyaya təqdim olunub.
Emiliya Əhmədova həm də "Web Summit"in açılış mərasimində Azərbaycan bayrağını daşıyan iştirakçılardan biri olub.


