Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rektorun təbriki

Əziz tələbələr, məzunlar, BANM ailəsi, dəyərli dostlar!

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edir, Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıram.

2025-ci il SOCAR-ın Bakı Ali Neft Məktəbi üçün böyük uğurlarla yadda qaldı. İl ərzində Ali Məktəbimiz yüksək intellektə malik, beynəlxalq standartlara uyğun kadr hazırlığı missiyasını uğurla davam etdirdi.

Prezident təqaüdçülərinin sayına görə ölkə rekordunu yenilədik, iki yeni ixtisas açdıq, məzunlarımızın məşğulluq göstəricilərinə görə lider universitet seçildik. Tələbələrimiz beynəlxalq müsabiqələrdə və proqramlarda uğurla iştirak etdilər, BANM ilk dəfə “THE Impact Rankings 2025” reytinqində yüksək nəticə əldə etdi.

2025-ci ildə beynəlxalq əməkdaşlıqları genişləndirdik, institusional və proqram akkreditasiyası sahəsində mühüm addımlar atdıq.

Əldə olunan hər bir uğur böyük zəhmətin bəhrəsidir. Uğurlarımızda payı olan hər kəsə təşəkkür edirəm.

Bayramlarınız mübarək!

Hörmətlə,
Elmar Qasımov