Xəbərlər
Bakı Ali Neft Məktəbində əqli mülkiyyətlə bağlı seminar keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbində Əqli Mülkiyyət Agentliyinin iştirakı ilə mülkiyyət obyektlərinin ekspertizası və patentləşdirmə prosedurlarına dair təşkil olunub.
Tədbiri giriş sözü ilə -in Rəhbərlik yanında aparatda elmi katibi, kimya elmləri doktoru İlhamə Zərbəliyeva açaraq əqli mülkiyyət sahəsinin və praktiki əhəmiyyətindən danışıb.
Seminarda Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyət göstərən Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin mütəxəssisləri - İxtira və faydalı modellərin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova,
İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin baş məsləhətçi-eksperti Könül Əmircanova, Kimya sektorunun aparıcı məsləhətçisi Sevinc Dünyamalıyeva çıxış edərək əqli mülkiyyətin qorunması, mərhələləri və beynəlxalq prosedurlar haqqında ətraflı məlumat veriblər.