Xəbərlər
BANM-in 11 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüd proqramının qalibi olub
Bakı Ali Neft Məktəbinin (BANM) 11 tələbəsi “PAŞA Holding”in 2025/2026-cı tədris ili üzrə “Əlaçı” təqaüd proqramının qalibi olub.
Proqramın qalibi olan tələbələrimizin siyahısı belədir:
1.Zahid Abdullayev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs
2.Murad Şərifov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs
3.Nizaməddin İsrafilli - Proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs
4.Gülcan Məmmədova - Biznesin idarə edilməsi, V kurs
5.Nicat Məmmədli - Proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs
6.Maya Kərimova - Biznesin idarə edilməsi, V kurs
7.Banu Əlili - Kompüter mühəndisliyi, IV kurs
8.Nərmin Bağırova - Kompüter mühəndisliyi, IV kurs
9.Həsən Həsənov - Kompüter mühəndisliyi,IV kurs
10.Nərmin Vəliyeva - İnformasiya təhlükəsizliyi, IV kurs
11.Kamal Allahverənli - İnformasiya təhlükəsizliyi, IV kurs
Qeyd edək ki, “PAŞA Holding”in "Əlaçı” proqramını uğurla keçən tələbələrə aylıq təqaüd təqdim edilir.
Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, netvörkinq görüşləri və “PAŞA Holding”, “PAŞA Sığorta”və “PAŞA Technology” şirkətlərindən olan mütəxəssislərlə görüşlər də nəzərdə tutulub.
Bu il proqrama müraciət edən tələbələrin ümumi sayı 3182, proqrama seçilən tələbələrin sayı isə 100 nəfər olub.
Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!
