Xəbərlər

BANM tələbələri Statistik olimpiadanın qalibi oldular

Bakı Ali Neft Məktəbinin tələbələri Dövlət Statistika Komitəsinin Ümumdünya Statistika Günü ilə bağlı təşkil etdiyi Statistik olimpiadanın qalibi olublar.
198 nəfər tələbə arasından seçilən Biznesin idarə edilməsi ixtisasının V kurs tələbəsi Murad Xəlilli I, həmin ixtisasın IV kurs tələbəsi Arif Aslanov isə II yerə layiq görülüb.
Qalib tələbələrimizə diplom və hədiyyələr təqdim olunub.