Xəbərlər
Bakı Ali Neft Məktəbinin rektoru Prezident təqaüdçüləri ilə görüşüb
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Prezident təqaüdünə layiq görülmüş 36 tələbə ilə görüşüb.
Görüş zamanı rektor tələbələri bu böyük nailiyyət münasibətilə təbrik edib və vurğulayıb ki, yüksək nəticələr göstərən istedadlı gənclərin BANM-i seçməsi qürurverici haldır.
Elmar Qasımov tələbələrə uğurlar arzulayaq bu ali təqaüdün tələbələrin gələcək təhsil və karyera həyatında mühüm rol oynayacağına inandığını bildirib.
Rektor tələbələrə üzərlərində daim çalışaraq biliklərini, peşəkar və sosial bacarıqlarını inkişaf etdirməyi tövsiyə edib.
Səmimi və interaktiv şəkildə keçən görüşdə tələbələr təəssüratlarını bölüşüblər.



