Xəbərlər

Bakı Ali Neft Məktəbində Dayanıqlı İnkişaf Həftəsi keçirildi

SOCAR-ın Bakı Ali Neft Məktəbində Çin Neft Universiteti ilə əməkdaşlıq çərçivəsində “Dayanıqlı İnkişaf Həftəsi: Enerji keçidinin sürətləndirilməsi” adlı 1 həftəlik beynəlxalq tədbir təşkil edilib.
Tədbirdə Çin Neft Universitetinin 13 tələbəsi və 1 dosenti, həmçinin #BANM-də təhsil alan Banqladeş, Somali, Özbəkistan, Türkiyə və Azərbaycandan olan ümumilikdə 30 tələbə iştirak edib.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Rektor Elmar Qasımov bu proqramın iştirakçılar üçün faydalı olduğuna inandığını bildirib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Proqram çərçivəsində #enerji keçidi, #bioenerji və süni intellektin tətbiqi kimi aktual mövzular üzrə təqdimatlar edilib, həmçinin Azərbaycan mədəniyyətinin təbliği istiqamətində sosial-mədəni tədbirlər keçirilib, iştirakçılar "SOCAR Tower”də olublar.
Həmçinin, Proqram iştirakçıları üçün “SOCAR Green”, bp və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəvət olunmuş mütəxəssislər təlimlər keçiblər.