Xəbərlər
Bakı Ali Neft Məktəbi ISO-nun 4 sertifikatına layiq görülüb
SOCAR-ın Bakı Ali Neft Məktəbində ISO-nun dörd istiqaməti - ISO 9001:2015 (Keyfiyyətin idarə edilməsi sistemi), ISO 14001:2015 (Ətraf mühitin mühafizəsi), ISO 45001:2018 (Əməyin təhlükəsizliyi) və ISO 10002:2018 (Müştəri məmnuniyyəti) beynəlxalq sertifikatları üzrə aparılan audit yoxlaması uğurla yekunlaşıb və BANM növbəti dəfə bu standartlar üzrə sertifikatlara layiq görülüb.
Bu dəfəki audit yoxlamasını Avstriyanın “TÜV Austria” beynəlxalq sertifikatlaşdırma şirkəti həyata keçirib və nəticələr ali məktəbin idarəetmə sistemlərinin bütün göstəricilər üzrə beynəlxalq tələblərə tam uyğun olduğunu təsdiqləyib.




