Xəbərlər
Bakı Ali Neft Məktəbinin Kitabxanasının Elektron Resursları
EBSCO- Energy & Power Source; Energetika sənayesini əhatə edən materiallara dair ən böyük tammətnli məlumat bazası. Bazada energetika sənayesi ilə əlaqəli energetika və materiallara dair 400-dən çox tammətnli dövri nəşr vardır.
EBSCO- eBook Collection; Məlumat bazası elektron kitabları və müxtəlif dissiplinar həlləri əhatə edir.
EBSCO AI Insights: Tədqiqatçılara 2-5 əsas açar sözləri vurğulayaraq bir çox tammətnli məqalələri qiymətləndirməyə kömək edir. Bu standartlaşdırılmış format, məlumat bazaları üçün lisenziyalı məzmuna geniş və ardıcıl sürətli baxışı təmin edir.
EBSCOhost: ( Academic Search Premier, Business Source Premier, Regional Business News, Master File Premier, Library, Information Science & Technology Abstracts, Green FILE, ERIC, the Education Resource Information Center, Health Source - Consumer Edition, Health Source: Nursing/Academic Edition, MEDLINE, Newspaper Source, eBook Open Access (OA) Collection (EBSCOhost))-Ümumilikdə 8516 resenziyalı olmaqla 11000 jurnalın; mühəndislik neft-qaz, geologiya, ictimai, humanitar, kompüter elmləri, fizika, kimya, riyaziyyat, nəqliyyat və s. kimi elm sahələri üzrə jurnalların yerləşdiyi verilənlər bazası, 2700-dən artıq kitab və qəzet bazaya daxildir.
EBSCO Discovery Service: Məqalələr və biblioqrafik məlumatlar üzrə axtarış aparmağa imkan verən, sənədlərin tammətnlərinə elektron formada daxil olmağı təmin edən kompleks inteqrasiya olunmuş axtarış sistemidir.
Research4Life: https://www.research4life.org/
Research4Life - 2002-ci ildən bəri, 125-dən çox ölkədə 11500 qurumdan olan tədqiqatçılara səhiyyə, kənd təsərrüfatı, ətraf mühit, tətbiqi elmlər və hüquq sahəsindəki məlumatları əhatə edən 203.000 aparıcı jurnal və kitaba sərbəst giriş imkanı verir.
Açıq girişli məlumat bazaları:
springeropen.com
unesdoc.unesco.org
DOAJ (Directory of Open Access Journals)
