Xəbərlər

bp-də çalışan BANM məzunları ilə görüş keçirildi

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə səlahiyyət müddətini başa vurmuş regional prezidenti Qəri Counz bp-də fəaliyyət göstərən 50-yə yaxın BANM məzunu ilə görüşdü.

Görüşdə məzunların karyera nailiyyətlərindən söz açılıb, onların peşəkar inkişafı yüksək qiymətləndirilib. Qəri Counz BANM məzunlarının bilik və bacarıqlarından məmnunluğunu ifadə edərək qeyd edib ki, onların həm Azərbaycan neft-qaz sektorunun, həm də bp şirkətinin gələcək inkişafında mühüm rol oynayacaqlarına əmindir.

Rektor Elmar Qasımov Azərbaycanda Qəri Counza gələcək fəaliyyətində uğurlar arzulayıb və BANM ilə bp arasında həyata keçirilmiş səmərəli əməkdaşlığın əhəmiyyətini, bp-nin dəstəyini vurğulayıb.

Sonda rektor Elmar Qasımov Qəri Counza xatirə albomu təqdim edib.