Xəbərlər
Bakı Ali Neft Məktəbinə qəbul olan əziz tələbələrimiz!
Bu gündən etibarən siz yalnız bir universitetə deyil, böyük bir ailəyə - BANM ailəsinə daxil oldunuz. Sizi bu uğur münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Bu uğur, zəhmət və əzmkarlığınızın nəticəsidir. Qarşıda sizi bilik və inkişafla dolu illər gözləyir.
İnkişafınızda böyük rolu olan müəllim və valideynlərinizi, əzizlərinizi də səmimi qəlbdən təbrik edirəm. Onlara gözaydınlığı verirəm.
Əminəm ki, Siz gələcəyin mütəxəssisləri olaraq ölkəmizin inkişafına dəyərli töhfələr verəcəksiniz. Yeni tədris ilində hər birinizə uğurlar arzulayıram.
BANM ailəsinə xoş gəlmisiniz!
Dərin hörmətlə,
Bakı Ali Neft Məktəbinin rektoru
Elmar Qasımov
