Xəbərlər

BANM tələbəsi Özbəkistanda keçirilən beynəlxalq yaşıl enerji proqramda iştirak edib

Bakı Ali Neft Məktəbinin Neft və qaz texnologiyası üzrə magistr tələbəsi Elnura Əliyeva “Green Energy Management Summer School” proqramında ölkəmizi uğurla təmsil edib.

Daşkənddə keçirilən proqramda tələbəmiz Mərkəzi Asiya, İtaliya və Niderlanddan gələn tələbə və ekspertlərlə birgə yaşıl enerji və dayanıqlı inkişaf sahəsində innovativ həllər üzərində təcrübə mübadiləsi aparıb.

O, ətraf mühitin qorunması və ekoloji dayanıqlılıq mövzularında dəyərli biliklər əldə edib.