Xəbərlər

BANM tələbəsi dünyanın “TOP” universitetlərinə qəbul olub

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Əkbərova Imperial College London-un MSc Advanced Chemical Engineering magistr proqramına qəbul alıb.

QS World University Rankings-ə görə, Avropanın birinci, dünyanın isə ikinci ən yaxşı universitetidir.

Bununla yanaşı, University College London (UCL, dünya üzrə TOP 9) və Erasmus Amir proqramlarından da qəbul alıb.

Gülşən Əkbərova 2020-ci ildə 653 balla BANM Kimya mühəndisliyi ixtisasına daxil olub.

Tələbəlik illərində:

GreenTech startup və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb. 

Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında ll yer, 

IV Elmi Konfransda isə komandası ilə birlikdə lll yeri qazanıb.

Tələbəmizi təbrik edir, onunla qürur duyuruq!