Xəbərlər

BANM tələbələrinin startapı “Kickbox Demo Day”də 17.000 AZN investisiya qazandı

Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisasının tələbəsi və “PAŞA Sığorta” şirkətində Məhsul idarəedilməsi və innovasiyalar üzrə ekspert olan İlahə Hacıyeva “munchly” startapını “Kickbox Demo Day”də təqdim edib. 

17.000 AZN investisiya qazanaraq pilot mərhələyə keçib.

Startap “PAŞA Holdinq”in Korporativ Sosial Məsuliyyət komandasının üzvü Bəyim İbrahimova ilə birgə təsis edilib və layihədə Biznesin idarə edilməsi ixtisasının lV kurs tələbəsi Türkan Şirin də biznes analitik kimi fəaliyyət göstərib.