Xəbərlər

BANM-ın 9 tələbəsi TÜBİTAK-da istehsalat təcrübəsi keçəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kompüter mühəndisliyi ixtisasının 9 tələbəsi Türkiyədə nüfuzlu elmi-tədqiqat qurumu olan TÜBİTAK-da istehsalat təcrübəsi keçəcək.

Təcrübə proqramı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Elm və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatlar Mərkəzi (BİLGEM) ilə BANM arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir.

Proqram çərçivəsində tələbələrin bütün xərcləri qarşılanacaq. Məqsəd tələbələrin İT, kibertəhlükəsizlik və proqram təminatı sahəsində bilik və bacarıqlarını artırmaq və beynəlxalq təcrübə qazandırmaqdır.

  1. Nərgiz Əliyeva – IV kurs
  2. Sahib Rzayev– IV kurs
  3. Firuzə Ağayeva – III kurs
  4. Banuçiçək Məmmədova – III kurs
  5. Cəmilə Namazova – III kurs
  6. Sona Nağdəliyeva – III kurs
  7. Sənan Yaqubov – III kurs
  8. Sevinc Əliyeva – III kurs
  9. Nicat Əlizadə – III kurs

Tələbələrimizə uğurlar arzulayırıq!