Xəbərlər

BANM 2025 Beynəlxalq Reytinqlər Strategiyası üzrə təqdimat keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) 2025-ci il Beynəlxalq Reytinqlər üzrə Strategiya sənədi təqdim edilib. Təqdimatı Rəhbərlik yanında aparatda proqram meneceri Nərmin Ələkbərova keçirib.

Tədbirdə rektor Elmar Qasımov və administrativ heyət iştirak edib.

Ali Məktəbin akademik göstəricilərinin artırılması, sənaye ilə əlaqələrin, eləcə də elmi-tədqiqat işlərinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı kimi əsas hədəflərdən danışılıb.

Strategiyada QS və THE kimi nüfuzlu reytinqlərdə yüksək mövqelərə çatmaq üçün konkret addımlar planlaşdırılıb. Təqdimat sonrası fikir mübadiləsi aparılıb.