Xəbərlər

Portuqaliyanın Nova Lissabon Universitetinin prorektoru BANM-da olub

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla Portuqaliyanın Nova Lissabon Universitetinin Tədris işləri və beynəlxalq əlaqələr üzrə prorektoru professor Jeao Amaro De Matos arasında görüş keçirilib.

Görüş zamanı bərpaolunan enerji mühəndisliyi üzrə birgə magistratura proqramının həyata keçirilməsi imkanları ətrafında geniş müzakirələr aparılıb.

Professor De Matos bu sahədə təqdim edilə biləcək potensial əməkdaşlıq istiqamətləri barədə danışaraq, Nova Lissabon Universiteti tərəfindən hazırlanmış ilkin proqram təklifi ilə çıxış edib.