Xəbərlər
Elmar Qasımov yeni təyinatları kollektivə təqdim edib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun müvafiq qərarı ilə bir sıra mühüm vəzifələrə yeni təyinatlar olunub.
Ali Məktəbin məzunu və müəllimi olan Ramil Şükürov BANM-ın Mühəndislik fakültəsinin dekan müavini vəzifəsinə təyin edilib. Vətən qarşısında hərbi xidmət borcunu şərəflə yerinə yetirdikdən sonra fəaliyyətinə təhsil ocağında davam edəcək.
Elektron tədris şöbəsinin müdiri vəzifəsi isə İlkin İsgəndərliyə həvalə olunub.
Rektor Elmar Qasımov hər iki təyinatı rəsmi olaraq kollektivə təqdim edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Təyinat alan əməkdaşlar göstərilən etimada görə təşəkkür edərək, vəzifələrinə böyük məsuliyyətlə yanaşacaqlarını və Ali Məktəbin inkişafına öz töhfələrini verəcəklərini bildiriblər.



