Xəbərlər
BANM rektoru Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov I kursda təhsil alan (Foundation) tələbələr və onların müəllimləri ilə görüşüb.
Rektor tələbələri IELTS imtahanlarında yüksək nəticələrinə görə təbrik edib, müəllimlərə isə təşəkkürünü bildirib.
Bu il 22 tələbə 8.0 bal, 45 tələbə 7.5, 57 tələbə 7.0, 59 tələbə 6.5, 41 tələbə isə 6.0 bal toplayıb.




