Xəbərlər

BANM tələbələri Sofiyada Müstəqillik Gününü qeyd etdi.

Müstəqillik Günümüz Bolqarıstanın paytaxtı Sofiyada, Azərbaycanın Bolqarıstandakı səfiri cənab Hüseyn Hüseynovun dəvəti ilə keçirilən rəsmi tədbirdə qeyd olunub.

Tədbirdə universitetimizi Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbələri – Heydər Əliyev, Zahid Abdullayev, Rəvan Quluzadə, Nizaməddin İsrafillov, Fidan Məmmədli və Həsənəli Əsədov layiqincə təmsil ediblər.

Tələbələrimiz tədbir çərçivəsində müxtəlif diaspor nümayəndələri ilə tanış olub, fikir mübadiləsi aparıblar. Səfir cənab Hüseyn Hüseynov tələbələrimizin təcrübəsi ilə maraqlanıb və fəaliyyətlərini dəstəklədiyini bildirib.