Xəbərlər
Koç Universitetinin Rektoru Prof. Dr. Metin Sitti BANM-ın qonağı oldu.
Bakı Ali Neft Məktəbində Koç Universitetinin rektoru Prof. Dr. Metin Sitti ilə görüş keçirilib. Görüş zamanı iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə olunub və Anlaşma Memorandumu imzalanıb.
Prof. Dr. Metin Sitti BANM-ı Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrindən biri kimi qiymətləndirib. BANM-in rektoru Elmar Qasımov isə Koç Universiteti ilə əməkdaşlığın məktəb üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə BANM-in rəhbərliyi və əməkdaşları iştirak ediblər.



