Xəbərlər

“Uşaqlar üçün Yaşıl Biliklər” – Ekoloji Maarifləndirməyə Həsr Olunmuş Təqdimat.

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasında “Uşaqlar üçün Yaşıl Biliklər” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın müəllifi GEM CSR və ESG Consulting şirkətinin baş direktoru və həmtəsisçisi, Energy Globe Award Azərbaycan mükafatçısı Liya Bayramovadır.

 Tədbirdə bir sıra qonaqlar iştirak ediblər: PMO.az Layihə Düşüncə Mərkəzinin təsisçisi Rəşad İbrahimov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova, AMEA-nın Davamlı İnkişafın Fəlsəfəsi və Sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova və digər dəvətlilər.

Tədbir müəllifin məktəblilər üçün keçirdiyi kitab imzalama sessiyası ilə yekunlaşıb.