Xəbərlər
“Glensol” nümayəndələri BANM -da
Bakı Ali Neft Məktəbinin (BANM) nümayəndələri “Global Energy Solutions” (“Glensol”) şirkətinin nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanları, xüsusilə Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinə cəlb olunması məsələləri müzakirə olunub.
BANM-ın Ümumi işlər üzrə prorektoru Babək Məmmədov və Kimya kafedrasının müdiri Rima Quliyeva ilə görüşdə Glensol şirkətini təmsil edən Ərazi və əməliyyat meneceri Rzaqulu Ağaverdiyev, İnsan resursları mütəxəsisi Nərmin Məmmədova və İnsan resursları üzrə baş biznes partnyoru Müşərrəf Çələbi iştirak edib.